GİZLİ KİMYAGƏR:mədə altı vəz » Ən maraqlı oxucu portalı
Rss
Ana səhifə

Sorğu

Yeni saytımızı bəyəndiniz?
ƏLA! love
Super! lol
Orta belay
Normal
Belədə crying
Pis recourse

Online
Indi saytda olanlar:
Istifadeciler: 1
RonaldBab

Axtaris robotlari: 1
Googlebot

Qonaqlar: 58
Indi saytda: 60

Saytda sonuncu olanlar:
Son 20 Istifadeci:
Adrianoolaf clzjbmdtd
ekhuebuqe emxaweymc
Ennesscox fdmtcitlj
gcmminprr hxhcwtghf
icinjfqcu iwwkauxnu
kicxnxfmo novrlohqz
ntszsxeoq RonaldCek
sctzkrivj sjckcgwso
sutqnibct trssdtpnp
vggxizfat yqfelxsba

Reklam


Təqvim
«    Aprel 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
Ən yaxşı şərhçilər
Thomasfunc
       Yoxdur
Şərhlər: 633
 
EladogHal
       Yoxdur
Şərhlər: 303
 
agronnom
       Yoxdur
Şərhlər: 212
 
Mokscouse
       Yoxdur
Şərhlər: 97
 
carpinteyrozfh
       Yoxdur
Şərhlər: 61
 
carpinteyrowzb
       Yoxdur
Şərhlər: 43
 
abrebuza
       Yoxdur
Şərhlər: 35
 
AustinPl
       213122671
Şərhlər: 31
 
dypeAddires
       Yoxdur
Şərhlər: 31
 
korslha
       Yoxdur
Şərhlər: 26
 

  • Müəllif: IBN SINA
  • |
  • Şərh sayı: 3
  • |
  • Baxış sayı: 6000

 


Mədə altı vəzi-yalnız həzm prosesini dərk etməklə kifayət­lənmir, həm də yediyiniz yeməklərin növlərini bilir. Yediyi­niz müxtəlif yeməklərə görə fərqli həzm maddələri hasil edir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi enzim karbo­hidratları parçalamaq xüsusiyyətinə malikdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda mədəaltı vəzi karbohid­ratları parçalamaq xüsusiyyətində olan «amilaza» adlı   en­zim hasil edir.

Əgər siz ət, balıq və ya toyuq kimi qidalar yesəniz, mədə­altı vəzi proteinli qida qəbul etdiyinizi dərhal bilir. Həmçi­nin bu qidalar onikibarmaq bağırsağa çatdığı zaman bu dəfə proteinləri parçalamaq üçün «tripsin, kimotripsin, karboksipeptidaza, ribonukleaza və dezoksiribonuklea­za» kimi müxtəlif enzimlər hasil edir və bu enzimlər prote­in molekullarına hücum edir.Əgər yeməyinizdəki yağın nisbəti yuxarıdırsa, bu enzimlərlə yanaşı yağları həzm edən «lipaza» adlı bir enzim də hərəkətə gəlir.

Göründüyü kimi, bir orqan yediyiniz yeməklərin nələrdən təşkil olunduğunu bilib daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrılıqda hasil edir və bunları yalnız lazımi anlarda ifraz edir. Mə­dəaltı vəzi karbohidrat molekulu üçün protein parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı şirə ifraz etmir. Hasil etdiyi qarışıq mayelərin kimyəvi formullarını unutmur. Bu qarışığı təşkil edən hər hansı bir mad­dəni təsadüfən əskik etməz. Mədəaltı vəzi sağlam insanlarda ömür boyu düzgün şəkildə fəaliyyət göstərir.
İndi isə həyata keçən bu hadisəni mikromüstəvidə və ən incə şəkildə tədqiq edərək qarşımızdakı möcüzənin öl­çülərini daha yaxından görək. Mədədə həzm prosesi davam etdiyi halda mədə hüceyrələri boş dayanmır. Bu hü­ceyrələrdən bəziləri mədədə həzm edilən qidaların bir müddət sonra onikibarmaq bağırsağa çatdığını bilir. Bu hüceyrələrin bütün düşüncə və istəkləri qidaların insan üçün ən gözəl şəkildə həzm edilməsidir. Öz içlərindəki məsuliyyət hissi ilə hərəkət edən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağı (hormon ifraz et­məyi) və bu hüceyrələri köməyə çağırmağı qərara alırlar. Bundan sonra yazdıqları məktubları qan vasitəsilə mə­dəaltı vəziyə göndərirlər.
Qanın tərkibinə buraxılan məktub orqanizmdə səfər edir. Bu səfər əsnasında mədəaltı vəziyə gəldiyimiz zaman mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Buradakı maraqlı məqam məktubun qan vasitəsilə de­mək olar ki, bütün orqanizmi dolaşdığı halda onun digər orqanların hüceyrələri tərəfindən açılmaması və oxunma­masıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, onları nəzərdə tutmadığını bilir. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı var. Məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələri­nin üst təbəqəsində olan qəbuledici molekullarla qarşılıqlı təsir halında xüsusi olaraq yaradılıb. Yəni mədə hü­ceyrəsi şüurlu və ağıllı bir şəkildə hasil etdiyi hormonun üzərinə həqiqətən də bir ünvan yazıb. Həmçinin orqa­nizmdə milyardlarla müxtəlif ünvanlar arasından mədəaltı vəzi hüceyrəsinin ünvanını düzgün şəkildə yazıb. Bu ünvanın düzgün yazılması üçün mədə hüceyrəsinin mədəaltı vəzi hüceyrəsinin bütün xüsusiyyətlərini bilməsi la­zım gəlir.
Möcüzə yalnız ünvanın düzgün yazılması ilə bitmir. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində həm də xəbər var. İnsan orqanizminin dərinliklərində, bir-birindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşıb əlaqə saxlayır. Onlar bir-birlərini heç görmür, lakin bir-birini hansı dildə anladıqlarını bilirlər. Həmçinin bu əlaqə müəy­yən bir məqsədə xidmət edir. İki hüceyrə birləşib yediyiniz qidaların həzm edilməsi üçün plan qururlar. Şübhəsiz ki, bu, həqiqi bir möcüzədir.
Ona gələn məktubu (xolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç bir şeyi gözləmədən bu məktubdakı əmrə tabe olur. Dərhal qidaların həzm edilməsi üçün lazımi enzimləri ifraz etməyə başlayır. Əgər onikibarmaq ba­ğırsağa çatan qida proteindirsə, protein ifraz edən enzim hasil edir. Əgər bu qida karbohidrat tərkiblidirsə, bu dəfə karbohidratları parçalayan bir enzim hasil edir və bu enzimi onikibarmaq bağırsağa göndərir.
İndi isə qarşınıza qara bir lövhənin qoyulduğunu və bu lövhənin üzərinə sıra ilə bir protein molekulunun, bir yağ molekulunun və bir karbohidrat molekulunun formullarının yazıldığını, bu molekulların atomik sıralarını göstərən şəkillərin çəkildiyini düşünək. Bundan sonra sizdən bu üç müxtəlif molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşa malik olan enzimlərin formullarını yaratmağınızı və həmin formulları lövhəyə yaz­mağınızı istəsinlər.
Əgər kimya sahəsində bir təhsiliniz yoxdursa, sizə milyon il vaxt verilsə də buna uyğun formulu ehtimal edib ta­pa bilməzsiniz. Bu molekulları parçalayan enzimlərin formullarını yalnız kimyaçı mütəxəssis yaza bilər. Bu insan da uyğun formulu öz xəyalına əsaslanaraq yazmaz. Yalnız aldığı təhsilə və əvvəl də ona verilən bilgilərə əsasən bu formulu yaza bilər.
Vəziyyət belə olduğu halda mədəaltı vəzi hüceyrələrinin hasil etdiyi enzimlərin kimyəvi quruluşlarını necə bilmə­si sualı olduqca böyük əhəmiyyət daşıyır. Hər bir mədəaltı vəzi hüceyrəsi yaranandan bəri həmin məlumatlara malik olur. Onlar yalnız bu məlumata malik olmaqla da kifayətlənmir, bildiklərindən ən düzgün şəkildə istifadə edir və yorulmadan insana xidmət edirlər. Mədəaltı vəzi hüceyrələri kimya sahəsində insanlardan da ağıllı və ba­carıqlıdır. Çünki insanın bütün bu formulları yarada bilməsi üçün təhsilə ehtiyacı olduğu halda kiçik bir hüceyrə haqqında bəhs edilən formulları yaranandan bəri əzbər bilir.
Hüceyrələrin belə yüksək ağıla, xüsusi məlumata və üstün məsuliyyətə malik olmasını heç bir təsadüflə izah et­mək olmaz. Heç bir təsadüf hüceyrələrin bir-biri ilə əlaqə saxlayacaqları, bir-birindən kömək istəyəcəkləri bir sis­temi yarada bilməz. Heç bir təsadüf bircə mədəaltı vəzi hüceyrəsinə də bir kimyəvi formulu öyrədə bilməz. Həm­çinin heç bir təsadüf hüceyrəyə əlindəki məlumatdan düzgün və vaxtında istifadə etmək qabiliyyəti verə bilməz.
Bu sistemləri yoxdan yaradan və onların hər an fasiləsiz fəaliyyət göstərməsini təmin edərək insana xidmət etdi­rən qüvvə aləmlərin Rəbbi olan Uca Allahdır.
Mədəaltı vəzinin orqanizmdə başqa mühüm funksiyalarından biri də onun qanın tərkibindəki şəkəri tənzimləməsi­dir. Bu tənzimləməni aparan şirələr mədəaltı vəzinin içində olan və «Langerhans badamcıqları» adlanan kiçik bağlı vəzilər tərəfindən hasil edilir. İnsulin və qlükaqon adlı bu hormonlar şəkərin tənzimlənməsi funksiyasını daşı­yır.
Bir tərəfdən şirin çayınızı içdiyiniz, digər bir tərəfdən də tortunuzu yediyiniz zaman qanınızın tərkibində olan şə­kərin miqdarını tənzimləməyinizin vacibliyi haqqında heç vaxt fikirləşmirsiniz. Bəlkə də ardıcıl şəkildə gerçəkləşən tənzimləmənin nə qədər həyati əhəmiyyət daşıdığını da düşünmürsünüz. Lakin sizin səhhətinizlə bağlı bu sahə­də konkret vəzifə daşıyan mədəaltı vəziniz lazım gələn bütün məlumatlara malikdir və qanınızın tərkibində olan şəkərlə bağlı ölçmələri çox həssas şəkildə yerinə yetirir. Lazım olduğu zaman da kifayət qədər hormon ifraz edə­rək orqanizminizdəki şəkəri tənzimləyir.
Qanın tərkibindəki şəkərin miqdarının müəyyən həddə olması insan həyatı üçün zəruridir. Lakin insan gündəlik həyatında şəkərli qidalar yeyərkən bu həssas tarazlığı hesablaya bilməz. Çünki bu hesabat hər bir insan üçün müntəzəm şəkildə aparılır.
Qanın tərkibində olan şəkərin miqdarı yüksələndə mədəaltı vəzi bundan dərhal xəbər tutur və insulin adlı xüsusi bir maddə ifraz edir. Bu maddə qaraciyərə və orqanizmdə olan başqa hüceyrələrə qanın tərkibindəki artıq şəkə­ri saxlamağı əmr edir. Əgər qandakı şəkərin miqdarı aşağı d&¨şərsə, mədəaltı vəzi bunu da dərhal öyrənir və «qlükaqon» adlı başqa bir hormon ifraz edir. Bununla əlaqədar olaraq qaraciyər əvvəlcədən ehtiyatda saxladığı şəkər ehtiyatlarını xüsusi proseslərdən keçirib yenidən qana verir.Qanın tərkibindəki şəkərin nisbəti bu proses­lər sayəsində heç bir zaman,- xəstəlik hallarını çıxmaq şərtilə,- təhlükəli həddə çatmır.
Gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmur. Qanınızda şəkə­rin miqdarının yüksəldiyini hiss etməzsiniz, hətta qarşınıza müxtəlif şəkər nisbətləri olan iki şüşə qan qoyulsa, ara­da olan fərqi də bilməzsiniz. Lakin heç bir zaman görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz qanınızdakı şə­kərin miqdarını laboratoriyada olan cihazlardan da dəqiq şəkildə ölçür və nə etmək lazım olduğunu dərhal müəy­yən edərək müvafiq tədbirlər görürlər.
Bəs hüceyrələriniz bu misilsiz ağıl və qabiliyyətə necə nail olublar?
Əlbəttə ki, hüceyrələrinizə ölçmə apartdıran, qərar qəbul etdirən, bunları tətbiq edəcək ağıl və qabiliyyət qazan­dıran hüceyrələrinizin özləri deyil. Orqanizminizdəki hüceyrələrə lazımi əmrləri verən, onları necə davranmaq la­zım gəlməsi barədə xəbərdar edən, qüsursuz sistemlə onları yaradan üstün qüvvə sahibi Uca Allahdır.
Bura qədərki hissələrdə mədəaltı vəzidən bəhs edərkən «bilir, edir, unutmur, qüsura yol vermir, qarışdırmır, ya­nılmır» kimi ifadələrdən istifadə etdik. Mədəaltı vəzinin də hüceyrələrdən təşkil olunduğunu qəbul etsək, ağıl tə­ləb edən bu vəsflərin mədəaltı vəzinin özünə məxsus olmadığı dərhal aydın olacaq. Bəs bu hüceyrələrə bütün ömür boyu yaratmaq, xidmət göstərmək məsuliyyətini verən kimdir? Mədəaltı vəzi hüceyrələrinə bir-birindən fərqli və mürəkkəb molekulları parçalayan enzimlərin kimyəvi formullarını kim öyrədib? Hasil edilən mayelərin ün­vana düzgün çatdırılmasını təmin edən boru sistemini kim döşəyib? Düzgün mayenin düz və vaxtında çatdırılması­nı təmin edən siqnal və əlaqə sistemini kim qurub?
Bu suallar və bunun kimi verilə biləcək yüzlərlə sual bizi açıq bir həqiqətə doğru aparır. Bütün bunları yaradan qüvvə Allahdır. Allah kiçik sahələrə yerləşdirdiyi belə əzəmətli və möhtəşəm xüsusiyyətlərlə Özünü bizlərə tanı­dır. Allah böyük qüvvə sahibidir. Allahın yaratmaqda heç bir şəriki yoxdur. Bu isə insanın həyatındakı ən mü­hüm həqiqətdir:
«De: «Göylərin və yerin Rəbbi kimdir?» De: «Allahdır!» De: «Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost (hami) edirsiniz?!» De: «Heç korla görən və ya zül­mətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!» De: «Allah hər şeyin xaliqidir. O, birdir, qəhr edəndir»« («Rəd» surəsi, 16).

 

 


(insanmocuzesi.blogspot.com)

¨


 


  • müəllif: a1a2a3
  • Qrupu: Qonaq Statusu:
  • 1
bunun neticesi olumle qutara biler , derhal cavab yazin

  • müəllif: Huseyn
  • Qrupu: Qonaq Statusu:
  • 2
Medaalti vezde diastazin normadan yuxari qalxmamaq ucun ne etmek lazimdir

Medealti vezde diostazin normadan yuxari qalxmamaq ucun ne etmek lazimdir?

  • müəllif: Ilhame
  • Qrupu: Qonaq Statusu:
  • 3
salam mede alti sis uzre

mede alti vezide sis emele gelib


Şərh yazmaq

Adınız:* E-Mail:*
Təhlükəsizlik şifrəsi: *